BMT Təhlükəsizlik Şurası bu tarixdə Kiyevlə bağlı iclas keçirəcək - Yenilənib

bmt-tehlukesizlik-surasi-bu-tarixde-kiyevle-bagli-iclas-kecirecek
Oxunma sayı: 2440

Ukrayna Rusiyanın Kiyevə endirdiyi zərbələrə görə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Ukrayna BMT Nizamnaməsinin 34 və 35-ci maddələrinə uyğun olaraq iclasın çağırılmasını istəyib. 

Agentliyin məlumatına görə, iclasın tələb olunan tarixi hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, ötən gecə Rusiya Kiyevdə bir sıra yaşayış, sənaye və ictimai obyektləri hədəf alıb. 

***

BMT-nin yenilənmiş iş proqramında BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə keçirəcəyi fövqəladə iclasının vaxtı açıqlanıb. 

Belə ki, iclas avqustun 29-da keçiriləcək. 

Görüşün əsas mövzusu Ukraynada sülhün və təhlükəsizliyin qorunması olacaq.