Qazaxıstanlı model rus bloqerin başına stəkan çırpdı - Fotolar

qazaxistanli-model-rus-bloqerin-basina-stekan-cirpdi
Oxunma sayı: 1365

Rusiyalı bloqer Karina Fadeyeva sosial mediada Bali adasındakı bir barda hücuma məruz qaldığını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ona hücum etməkdə qazaxıstanlı model Gülsezim Altaybekova şübhəli bilinir.

Karina Fadeyeva bildirib ki, ona ağır bir əşya atılıb. Zərbə nəticəsində huşunu itirib və xəstəxanaya yerləşdirilib. O, iddia edir ki, hadisə baş verən zaman o, dostları ilə birlikdə barda olub və heç bir münaqişəyə girməyib.

Hadisənin baş verdiyi Bali barının administrasiyası rəsmi açıqlama yayıb. Bildirilib ki, Fadeyevaya zərər verən qızın bar və ya onun komandası ilə heç bir əlaqəsi yoxdur. Administrasiyanın məlumatına görə, stəkanı əvvəlcə Karina Fadeyevanın dostu atıb, lakin bu fakt əvvəllər açıqlanmayıb. Vəkillər Kollegiyasının nümayəndələri həmçinin bildiriblər ki, zərərçəkən dərhal xəstəxanaya aparılıb və müşahidə kameralarının görüntüləri polisə təqdim edilib.

Sosial mediada geniş yayılan şayiələr isə göstərir ki, münaqişə musiqi və siyasi açıqlamalar səbəbindən başlayıb. Belə ki, iddialara görə, Fadeyeva guya Altaybekovaya Ukrayna musiqisi dinlədiyinə görə söz atıb. Qazaxıstanlı model isə buna cavab olaraq “Ukraynaya eşq olsun” (“Slava Ukraina”) şüarını səsləndirib. Lakin hadisələrin bu versiyasının rəsmi təsdiqi yoxdur.

Qeyd edək ki, Qazaxıstan Xarici İşlər Nazirliyi G. Altaybekovanın kömək üçün səfirliklə əlaqə saxladığını bildirib.