Nadir Qafarzadə, 50-dək uzunayaqlı model, 50 min dollar

nadir-qafarzade-50-dek-uzunayaqli-model-50-min-dollar
Oxunma sayı: 679

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, klipi yerli telekanallarda deyil, Rusiyanın MUZ TV telekanalında nümayiş etdirmək niyyətindədir.
N.Qafarzadənin dediyinə görə, klip vaxtilə Rusiyada "Eldar" layihəsilə çıxış etdiyi zaman oxuduğu mahnılardan birinə çəkilib:

"Mahnı yeni aranjmanda və remiks versiyasındadır. Klip Riqada çəkilib. 50-dək uzun ayaqlı gözəl modelin əhatəsində idim. Yeri gəlmişkən, gözəl ayaqlı qadınları çox sevirəm".

İfaçı klipin ona 20 min manatdan bir qədər baha başa gəldiyini söyləyib. Bu, onun ən bahalı klipidir: "Klipin MUZ TV-də nümayişi üçün isə telekanala təxminən 50 min dollar ödəməliyəm".