Bolqarıstan Lavrovun təyyarəsinə icazə verdi

bolqaristan-lavrovun-teyyaresine-icaze-verdi
Oxunma sayı: 2130

Bolqarıstan Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin ölkə üzərindən uçmasına icazə verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Bildirilib ki, rusiyalı nazirin olduğu təyyarə Şimali Makedoniyada keçiriləcək ATƏT-in sammitində iştirak etmək üçün Bolqarıstanın hava məkanından istifadə edəcək.

Qeyd edək ki, Lavrov bir neçə dəfə Bolqarıstanın Rusiya təyyarələri üçün hava məkanını açacağını demişdi.