Boris Conson reanimasiyadan çıxdı

boris-conson-reanimasiyadan-cixdi
Oxunma sayı: 1602

Böyük Britaniyanın Baş Naziri Boris Conson reanimasiyadan çıxıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, koronavirusa yoluxan nazir palataya köçürülüb. Conson Londonda Müqəddəs Tomas xəstəxanasındadır. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Xatırladaq ki, Boris Conson martın 27-də Covid-19-a yoluxub. O, əvvəlcə özünü təcrid etsə də, daha sonra vəziyyəti pisləşdiyindən reanimasiyaya yerləşdirilmişdi.