Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

bosanma-xeberleri-yayilan-ayselden-maraqli
Oxunma sayı: 17681

Boşanması ilə bağlı iddialar yayılan “Avroviziya-2009“ təmsilçimiz Aysel Teymurzadə sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, müğənni Azərbaycan Dövlət Filarmoniyasındakı tədbirdən görüntülər paylaşaraq həyat yoldaşını - filarmoniyanın direktoru, Xalq artisti Murad Adıgözəlzadəni işarələyib.

A. Teymurzadə paylaşımını ürək emojisi ilə tamamlayıb.

Qeyd edək ki, Aysel Teymurzadə və Murad Adıgözəlzadə 2012-ci ildə ailə həyatı qurub. Cütlüyün 3 övladı var.