“Brent” ucuzlaşdı

brent-ucuzlasdi
Oxunma sayı: 1271

2025-ci ilin iyun ayında çatdırılacaq “Brent” markalı neftin fyuçerslərinin qiyməti 2021-ci il aprelin 7-dən bəri ilk dəfə bir barel üçün 62 dollardan aşağı düşüb.

“Qafqazinfo” xəbər verir ki, bunu Londonun ICE birjasında ticarət məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 23:17-yə olan məlumata görə, “Brent” markalı neftin qiyməti 4,01% azalaraq bir barel üçün 61,78 dollar olub.