Brilliant Dadaşovanın bu mahnısı oğurlanıb - Video

brilliant-dadasovanin-bu-mahnisi-ogurlanib
Oxunma sayı: 952

Xalq artisti Brilliant Dadaşovanın Aisellə oxuduğu “Ayrı düşdük” mahnısı oğurlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında paylaşım edib.

O bildirib ki, Keti Xuçişvili adlı gürcü müğənni mahnını oxuyub və müəllifin kimliyini qeyd etməyib.

“Gürcü müğənnisi musiqimizi oğurlayıb oxuyub. Üstəlik hər yerdə bizim musiqimizi gürcü mahnısı kimi təqdim edir”, - Xalq artisti bildirib.

Qeyd edək ki, bundan əvvəl B.Dadaşovanın mahnıları dəfələrlə erməni ifaçılar tərəfindən oğurlanıb.