“Brilyant əl”in Annası vəfat etdi - Fotolar

brilyant-elin-annasi-vefat-etdi
Oxunma sayı: 3226

Rusiyanın teatr və kino aktrisası Svetlana Svetliçnaya 85 yaşında vəfat edib.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, aktrisa ağciyər və böyrək xəstəliklərindən əziyyət çəkirmiş.

Qeyd edək ki, S.Svetliçnayanın kinoda ilk işi 1960-cı ildə Mixail Kalikin "Beşik" filmində olub.

Aktrisanın ən yaddaqalan obrazı isə "Brilyant əl" filmindəki cazibədar Anna Sergeyevna roludur.