Britaniyalı deputatın oğlu döyüşmək üçün Ukraynaya getdi

britaniyali-deputatin-oglu-doyusmek-ucun-ukraynaya-getdi
Oxunma sayı: 4283

Ukraynada döyüşə qatılan könüllülər arasında Britaniya parlamentinin deputatının oğlu da var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Evening Standard” yazıb. Kral Dəniz Piyadalarında 5 ildən çox xidmət keçən 30 yaşlı Ben Qrantın anası Mühafizəkarlar Partiyasından Britaniya parlamentinin üzvü və Boris Consonun müşaviri, eyni zamanda keçmiş idman naziri Helen Qrantdır.

Ben Rusiyanın yaşayış binasını bombalaması, orada uşaq qışqırtısı eşidilən görüntüləri gördükdən sonra Ukraynaya getməyə qərar verib.