Silah anbarında partlayış oldu, 206 nəfər ölüb -Fotolar

silah-anbarinda-partlayis-oldu-206-nefer-olub-fotolar
Oxunma sayı: 660

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, keçmiş Fransa müstəmləkəsi olan Konqda silah anbarında əvvəl yanğın baş verib, sonra iki saatdan artıq müddətdə partlayış meydana gəlib.

Silah anbarına yaxın olan evlərə də ziyan dəyib. Əhali arasında təşviş yaşanıb. Təşviş çayın digər sahilində yerləşən Demokratik Konqo Respublikasının paytaxtı Kinasaşada da yayılıb. Partlayışların zərbəsindən bu şəhərdə bəzi evlərin şüşələri qırılıb. Ölənlər arasında çinli fəhlələrin olduğu da xəbər verilir.

Brazzavilledə olan bir avropalı diplomat hərbi qospitalda 150 cəsəd saydıqlarını, bəziləri ağır olan təxminən 1500 nəfərin də yaralandığını söyləyib.

Silah anbarında partlayışların nəticəsində Konqonun paytaxtının şimalında bir çox binanın uçduğu və 2 min insanın evlərini tərk etdiyi bildirilir.

Konqo prezident administrasiyasının əməkdaşı Didier Boutsndi deyib ki, sayı məlum olmayan çoxlu sayda insan uçan kilsədə hələ də köməksiz qalıb.