Bu gün futbol üzrə 2024-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.
“Qafqazinfo” xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 21:00-da Hamburqda keçiriləcək.
Püşkatmada 21 milli komanda iştirak edəcək. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.
AVRO-2024 səbətlər
I Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə
II Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya
III Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya
IV Səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi
Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.