Bu gün İstanbulda derbi var

bu-gun-istanbulda-derbi-var
Oxunma sayı: 1668

Bu gün Türkiyə Superliqasının XV turu çərçivəsində İstanbul derbisi baş tutacaq.

“Qafqazinfo”nun məlumatına görə, “Beşiktaş” “Fənərbaxça” ilə üz-üzə gələcək.

Qarşılaşma “Tüpraş” stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, turnir cədvəlində “Fənərbaxça” 32 xalla 2-ci, “Beşiktaş” isə 22 xalla 5-ci yerdədir.