Bu gündən sakinlər Ağalı kəndinə köçürülür - Fotolar

Bu gündən sakinlər Ağalı kəndinə köçürülür
Oxunma sayı: 15659

“Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülür. Ümumilikdə isə 41 ailədən 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

Xəbəri rus dilində oxuyun: С сегодняшнего дня жителей переселяют в село Агалы - Фото

Xüsusi nümayəndə qeyd edib ki, ilkin mərhələdə kənd sakinlərinin Ağalıda yaşaması üçün bütün infrastruktur qurulub.

“Bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir. Hazırda ümumilikdə Ağalı kəndinin 1457 sakini var. Onlarda 1357 nəfər bu kəndə yaşamaq niyyətini bildiriblər” - Vahid Hacıyev deyib. 

Qeyd edək ki, proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Ağalıya gedəcəklər arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq.

Eldar Tanrıverdi

Fotolar: Pərvin Zeynal