Bu idman növü üzrə Avropa çempionatı Bakıda keçiriləcək

bu-idman-novu-uzre-avropa-cempionati-bakida-kecirilecek
Oxunma sayı: 1106

Azərbaycan badminton millisinin 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək qarışıq komandalar üzrə Avropa çempionatındakı rəqibləri müəyyənləşib.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Badminton Federasiyasından məlumat verilib.

Bakı İdman Sarayında təşkil olunacaq turnirdə 8 komanda mübarizə aparacaq. I qrupda yer alan Azərbaycan millisinin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmaları olacaq.

II qrupda Fransa, Almaniya, Çexiya və Niderland komandaları yer alıblar.

Qeyd edək ki, qruplarda ilk 2 yeri tutacaq yığmalar yarımfinala vəsiqə qazanacaqlar.