Bu il Kərkicahana köç olacaq

bu-il-kerkicahana-koc-olacaq
Oxunma sayı: 2013

Bu il Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulu zamanı bildirib.

Qəbulda iştirak edən sakinlər doğma yurda qayıtmağa hazır olduğunu bildirib.