Bu layihə III oxunuşda qəbul edildi

bu-layihe-iii-oxunusda-qebul-edildi
Oxunma sayı: 8638

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Layihədə 2024-cü ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 20,3 milyon manat, yaxud 9,3% çoxdur.

İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 179,98 milyon manatı, yaxud 75,6%-i işsizlikdən sığorta haqları üzrə yığımın, 57,95 milyon manatı, yaxud 24,4%-i isə cari ilin sonuna qədər istifadə olunmamış vəsait hesabına formalaşacaq. Sığorta haqları üzrə yığımın 74,8%-i qeyri-büdcə sektorunun payına düşəcək.

Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.

Zaur Mirzə