Bu ölkədə kilsəyə hücum edildi - 171 dindar qaçırıldı

bu-olkede-kilseye-hucum-edildi
Oxunma sayı: 438

Nigeriyanın Kaduna ştatında bazar günü ayini zamanı kilsəyə hücum edən silahlı qruplaşmalar azı 171 dindarı qaçırıb.

“Qafqazinfo” Nigeriya Xristianları Assosiasiyasının regional rəhbəri Cozef Hayab Kurmin Vali kəndindəki iki kilsəyə eyni vaxtda basqın edildiyini bildirib.

Onun sözlərinə görə, silahlı şəxslər ibadət zamanı içəri daxil olaraq ümumilikdə 171 nəfəri meşəlik əraziyə doğru aparıblar ki, onlardan yalnız 8-i qaçaraq canını qurtara bilib:

“Hazırda 163 nəfər girovluqdadır və onların həyatı təhlükə altındadır”.

Qeyd edək ki, son aylar ölkənin mərkəzi və şimal bölgələrində xristian icmalarına qarşı artan kütləvi adam oğurluğu halları artıq beynəlxalq səviyyədə ciddi narahatlıq doğurmağa başlayıb.

Xatırladaq ki, Nigeriyada dini zəmində törədilən szöügedən cinayətlər ABŞ-nin də sərt reaksiyasına səbəb olub. Belə ki, Prezident Donald Tramp ötən ayın sonunda xristianların qətliamına cavab olaraq ölkənin şimal-qərbindəki terror düşərgələrinə raket zərbələri endirilməsi barədə əmr verib. Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, əgər xristian icmalarına qarşı hücumlar dayandırılmasa, ABŞ hərbi müdaxilələrini daha da intensivləşdirəcək və Nigeriya hökumətinə yardımları kəsəcək.