İsveçdə keçirilən Dünya Atletika Turu yarışında isveçli atlet Armand Duplantis dirəklə tullanma üzrə yeni dünya rekordu müəyyənləşdirib.
“Qafqazinfo” xəbər verir ki, idmançı 6,31 metr məsafəni qət edərək, 2025-ci il sentyabrın 15-də Tokioda keçirilən dünya çempionatında müəyyən etdiyi əvvəlki 6,30 metrlik rekordunu yeniləyib.
Qeyd edək ki, Duplantis ikiqat Olimpiya çempionu (2021, 2024), üçqat açıq hava çempionu və üçqat qapalı məkanda dünya çempionudur.
Son xəbərlər
Son Xəbərlər