Türkiyənin Tokat şəhərində 5.5 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, saat 03:35-də Tokatın Niksar rayonunda 5.5 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 6,37 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Hadisə ilə bağlı hər hansı xəsarət və ya dağıntı barədə məlumat verilməyib.
Son xəbərlər
Son Xəbərlər