“Xatəm əl-Ənbiyə” ABŞ-ni hədələdi - “Məhv ediləcəklər”

xatem-el-enbiye-abs-ni-hedeledi
Oxunma sayı: 1109

İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı olan “Xatəm əl-Ənbiyə” ABŞ və müttəfiqlərinə qarşı sərt xəbərdarlıq yayıb.

“Qafqazinfo” IRIB telekanalına istinadən xəbər verir ki, rəsmi Tehran enerji obyektlərinə və limanlarına hücum ediləcəyi təqdirdə Yaxın Şərqdəki bütün neft-qaz infrastrukturunu məhv edəcəyini bəyan edib.

Qərargahın bəyanatında bildirilir ki, İranın enerji sektoruna qarşı ən kiçik təcavüz sarsıdıcı cavabla nəticələnəcək:

“Təcavüzkar hökumətin və tərəfdaşlarının bölgədəki bütün maraqları yandırılacaq və məhv ediləcək”.

Xatırladaq ki, martın 12-də İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də oxşar hədə ilə çıxış etmişdi. O bildirmişdi ki, Vaşinqton İranın elektrik müəssisələrini hədəf alarsa, Tehran cəmi yarım saat ərzində bütün regionun qaranlığa qərq olmasını təmin edəcək. Laricaninin sözlərinə görə, yaranacaq zülmət “Amerika qoşunlarını ovlamaq” üçün əlverişli şərait yaradacaq.