Mingəçevirdə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza şəhərin Üzeyir Hacıbəyov küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən iki nəfər - 42 yaşlı Tamis Əliyev və 37 yaşlı Aygün Məmmədovanı vurub.
Nəticədə hər iki piyada xəsarət alıb.
Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər