Bu ölkədə küçəyə çıxmaq bir aylıq yasaqlandı

bu-olkede-kuceye-cixmaq-bir-ayliq-yasaqlandi
Oxunma sayı: 3207

Tunisdə bu etibarən bir ay davam edəcək küçəyə çıxma qadağasının tətbiqinə qərar verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, küçə və meydanlarda üç nəfərdən artıq şəxsin toplaşması yasaqlanıb.

Ölkə Prezidenti Kays Saidin imzaladığı qərara əsasən, avqustun 27-dək 19:00-06:00 aralığında küçəyə çıxmaq qadağan olunub.

Tibbi vəziyyətlər və gecə işçiləri qadağadan kənarda qalıb. Küçəyə çıxma yasağı saatları xaricində şəhərlərarası səyahətlər də qadağan edilib.

Bundan başqa, sabahdan etibarən ordu və polis istisna olmaqla, dövlət qurumlarının fəaliyyəti iki günlük dayandırılıb. Bu müddətin uzadılacağı istisna edilmir.

Qeyd edək ki, Tunis Prezidenti Kais Said bazar ertəsi xalqa videomüraciət edərək, ölkə parlamentinin işini dondurduğunu və millət vəkillərinin toxunulmazlığını ləğv etdiyini elan edib.

K.Said, həmçinin, ölkənin Baş Naziri Hişam al-Meşişini də istefaya göndərib.