“Bu, prezidentin geri çəkilməyəcəyi qırmızı xəttdir” - Ağ Ev

bu-prezidentin-geri-cekilmeyeceyi-qirmizi-xettdir
Oxunma sayı: 905

“ABŞ Prezidenti Donald Tramp İrandan uran əldə etmək planlarından geri çəkilməyəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

O vurğulayıb ki, bu, prezidentin və onun danışıqlar qrupunun növbəti müzakirələr mərhələsinə qədəm qoyduqları prioritet siyahısının ən başındadır:

“Bu, prezidentin geri çəkilməyəcəyi qırmızı xəttdir”.

Onun sözlərinə görə, Ağ Ev bunun diplomatik yolla həll edilə biləcəyinə ümid edir.