“Bu problem həll olunmasa, bütün dünyanı əhatə edəcək”

bu-problem-hell-olunmasa-butun-dunyani-ehate-edecek
Oxunma sayı: 1502

“Asiyanın bir çox yerlərində münaqişələr mövcuddur. Bu münaqişələr üzərindən qlobal düşmənçilik fikirləri yayılır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda keçirilən “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş Asiya Parlament Assambleyasının (APA) 14-cü Plenar Sessiyasının açılış mərasimində bildirib. 

“Yaxın coğrafiyada olan iki münaqişəni demək istəyirəm. Birincisi Rusiya-Ukrayna müharibəsidir. Görünən budur ki, bu müharibə daha çox Rusiya ilə Qərb arasındadır. Əgər bu problem tezliklə həll olunmasa, bütün dünyanı əhatə edəcək. 

İkincisi isə İsrail-Fələstin müharibəsidir. APA başda olmaqla bütün insanlıq bu drama səssiz qalmamalıdır. Bu mübarizələr bizə bir şeyi göstərir. Dünyada mövcud olan beynəlxalq sistem heç bir problemi edə bilmir. Bu qlobal sistem yalnız güclünün yanındadır. Yeni bir BMT-yə, yeni bir sülh mexanizminə ehtiyacımız var. Buna insanlığın, dünyanın gücü çatar, - deyə TBMM sədri vurğulayıb.

Zaur Mirzə