“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Kinematoqrafiya haqqında” və “Kitabxana işi haqqında” qanunlar 1998-ci ildə qəbul edilib və zamanın tələbləri ilə uzlaşmır”.
“Qafqazinfo” xəbər verir ki bunu Mədəniyyət Nazirliyinin Hüquq şöbəsinin müdiri Gülər Mikayılova Bakıda ilk dəfə keçirilən “Mədəniyyət və hüquq: Müasir Çağırışlar" Forumunda “Mədəniyyət və Hüquq” panel müzakirəsi zamanı deyib.
O bildirib ki, mövcud qanunvericilikdə müxtəlif sahələr üzrə paralel tənzimləmə normaları pərakəndəlik yaradır: “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Muzeylər haqqında” qanunlarda folklor, xalça sənəti, muzey fəaliyyəti ayrı-ayrılıqda tənzimlənir. Bu münasibətlərin müxtəlif normativ hüquqi aktlar üzrə bölünməsi mədəniyyət sahəsində hüquqi tənzimləmənin pərakəndə və sistemsiz xarakter almasına səbəb olur”.
G.Mikayılova qeyd edib ki, qeyri-maddi mədəni irsin qorunması sahəsində vahid milli hüquqi tənzimləmə mövcud deyil: “Qeyri-maddi mədəni irsin qorunması haqqında” YUNESKO Konvensiyasına 2006-cı ildən qoşulmağımıza baxmayaraq, Konvensiyanın tələblərinə zidd olaraq qeyri-maddi mədəni irsin qorunması sahəsində vahid milli hüquqi tənzimləmə mövcud deyil. Bir çox normativ aktların icrası üçün alt-mexanizmlər və icra standartları yetərincə dəqiq müəyyən edilməyib.
“Teatr və teatr fəaliyyəti haqqında” Qanununun konseptual müddəaları mövcud praktika ilə tam uzlaşmır. Belə ki, Qanunda teatr sahəsində prodüser fəaliyyətinə dair tələblər nəzərdə tutulsa da, "Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda prodüser vəzifəsi ümumiyyətlə göstərilməyin ki, bu da hüquqi idarəetmə və əməyin normativ təsnifatı arasında uyğunsuzluq yaradır”.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər