Bu qatar səyahətinə 6 milyon veriblər - Foto

bu-qatar-seyahetine-6-milyon-veribler
Oxunma sayı: 6416

Türkiyənin məşhur aktrisası Hande Erçel və iş adamı sevgilisi Hakan Sabancı xərcləmələri ilə gündəmə gəliblər.

“Qafqazinfo” “ensonhaber”ə istinadən xəbər verir ki, bir müddət əvvəl Paris-Roma qatarında səfər edən cütlük ekspress qatardakı lüks otaq üçün 6,5 milyon lirə verib.

Belə ki, Hakan bu romantik səyahət üçün qatardakı suit otağı kirayələyib. Beş günlük istirahət üçün Sabancı 6 milyon 484 min lirə ödəniş edib.

Qeyd edək ki, cütlük 3 ilə yaxındır birlikdədir.