Bu şəhərdə müəllimlərə Viber və WhatsApp qadağan edildi

bu-seherde-muellimlere-viber-ve-whatsapp-qadagan-edildi
Oxunma sayı: 2849

Rusiyanı Samara şəhərində yerli hökumət müəllimlərə informasiya mübadiləsi üçün Viber və WhatsApp internet-xidmətlərindən istifadəni qadağan edib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məktəblərə məktub yollayıb. Qadağan edilmiş resurslar arasında Gmail, Yahoo, Google, Drive elektron poçtları, Facebook, Twitter, Livejournal şəbəkələri, iCloud и Dropbox xidmətləri də var. Bu addımın daxili informasiya itkilərinə yol verilməməsi üçün atıldığı bildirilir.

Noyabrın 1-dək müəllimlər bu barədə valideynləri də məlumatlandırmalıdırlar.