“Bu şəxslərin təhsil sahəsində təcrübəsi araşdırılmalıdır”

bu-sexslerin-tehsil-sahesinde-tecrubesi-arasdirilmalidir
Oxunma sayı: 3407

“Bir çox hallarda təhsil ekspertləri reallığı əks etdirməyən rəqəmlərlə çıxış edirlər”.

“Qafqazinfo" xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

O bildirib ki, həmin şəxslərlə mübarizə aparmaq düzgün deyil: “Özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır. Düşünmürəm ki, təhsil ekspertinin meyarı yoxdur. Nailiyyəti olmayan, uğursuz olan şəxs özünü ekspert adlandırır. Amma hansı məlumatın etibarlı və ya etibarsız olması qərarını biz veririk. Biz işimizi ictimaiyyətə düzgün rəqəmləri verməklə qurmalıyıq”.

Lamiyə Məmmədova