Bu tarixlərdə bəzi məktəblərdə tədris - Onlayn olacaq

bu-tarixlerde-bezi-mekteblerde-tedris
Oxunma sayı: 1946

Bu il Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində  tədris onlayn təşkil olunacaq.

Bu barədə “Qafqazinfo”ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. 

Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.

Qeyd edək ki, Formula 1 “Qatar Airways Azərbaycan Qran-Prisi”  23-26 sentyabr tarixlərində keçiriləcək.