Fevralın 19-da Vaşinqtonda Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Sülh Şurasının ilk iclası zamanı bir neçə antimilli ünsürün aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olması hələ də ciddi müzakirə mövzusudur.
“Qafqazinfo”nun məlumatına görə, əsas diqqət bu cür təxribatların daha pis nəticələrə gətirib çıxara biləcəyi ehtimalına yönəlib.
Məsələyə rəy bildirənlər qeyd edir ki, radikal təxribatçı dəstənin dövlət başçılarının yerləşdiyi əraziyə daxil olmaq cəhdi əlisilahlı dəstə tərəfindən həyata keçirilsəydi, nəticələr daha ağır və faciəvi olardı. Bu isə mühafizə sistemlərinin effektivliyini artırmağı qaçılmaz edir.
Bəzən beynəlxalq tədbirlərdə təşkilatçı tərəfin mühafizə tədbirlərini lazımi səviyyədə təşkil etmədiyini də nəzərə aldıqda, dövlət başçılarının mühafizə xidmətlərinin təhlükə zamanı odlu silahdan istifadə hüququnu da zəruri edir.
Mühafizəçilərin silah istifadəsi özünümüdafiə və “imminent” təhlükənin qarşısının alınması prinsipinə əsaslanır, bu da beynəlxalq hüquqda və milli qanunlarda qanuni sayılır. Məsələn, BMT-nin “Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güc və odlu silahın tətbiq edilməsinə dair Əsas prinsiplər”ində mühafizəçilərin özünümüdafiə və ya başqalarına qarşı yaxınlaşan ölüm və ya ağır bədən xəsarəti təhlükəsi zamanı odlu silahdan istifadə etməsi qeyd olunur.
.jpg)
Bu prinsip mühafizəçilərin dövlət başçılarını qorumaq missiyasını yerinə yetirərkən tətbiq olunur və qəsdən öldürücü güc yalnız həyatı qorumaq üçün qaçılmaz vəziyyət yarandıqda icazə verilir.
Qeyd olunmalıdır ki, ABŞ-də Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) Güc İstifadəsi Siyasəti (2020) də eyni prinsipi təsdiqləyir.
Bu, ABŞ Gizli Xidmətinin (Secret Service) prezident və digər rəsmiləri qorumaq (o cümlədən beynəlxlaq tədbirlərdə) üçün tətbiq etdiyi standartdır.
Radikal qüvvələrin dövlət başçılarının olduğu əraziyə daxil olmaq cəhdi özü ilə yaxınlaşan təhlükə yaradır, çünki bu, hücum və ya terror aktı potensialı deməkdir. Beynəlxalq hüquqda (BMT Nizamnaməsi, Maddə 51) özünümüdafiə hüququ dövlətlərə və onların agentlərinə tətbiq olunur, bu da mühafizəçilərə təhlükəni neytrallaşdırmaq üçün silah istifadəsini qanuni edir.
.jpg)
Mühafizəçilərin odlu silahdan istifadə hüququ həm də ondan qaynaqlanır ki, dövlət başçılarının qorunması milli təhlükəsizliyin əsasını təşkil edir.
Xatırladaq ki, ABŞ-də dövlət başçımıza qarşı təxribata cəhd edən antimilli ünsürləri Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları və ABŞ polisi birlikdə operativ şəkildə, peşəkarlıqla zərərsizləşdiriliblər və təxribat cəhdinin qarşısı alınıb.
Son xəbərlər
Son Xəbərlər