“Bu, Türk Dövlətləri Təşkilatını böyük güc mərkəzinə çevirəcək” - İlham Əliyev

bu-turk-dovletleri-teskilatini-boyuk-guc-merkezine-cevirecek
Oxunma sayı: 2273

Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə səsləndirib.

Dövlətimizin başçısı deyib ki, mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir.