Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Maştağa Xəstəxanasına baş həkim təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, Namiq Nəbiyev Maştağa Xəstəxanasının baş həkimi təyin olunub.
Qeyd edək ki, N. Nəbiyev uzun illər Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, həkim-infeksionist kimi fəaliyyət göstərib.
O, həkim olaraq ilk gündən koronavirus xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün mübarizəyə qoşulub. 2020-ci ilin fevral ayından başlayaraq Qobustan, Neftçala, Cəlilabad, Astara, Biləsuvar rayonlarında, Olimpiya kəndindəki karantin xidmətində çalışıb və sonda koronavirusa yoluxub.
İkinci Qarabağ müharibəsində yaralanan ve xəstələnən əsgər və zabitlərimizin müalicəsini təşkil edib, müalicələrində yaxından iştirak edib.