Bu zubrlar Şahdağda dünyaya gəlib - Fotolar

bu-zubrlar-sahdagda-dunyaya-gelib
Oxunma sayı: 645

Bu il Şahdağ Milli Parkında 8 zubr balası dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə WWF Azərbaycan məlumat yayıb. 

Bildirilib ki, onlardan ikisinin valideynləri isə 2022-ci ildə Azərbaycanda doğulan zubrlardır. Yəni Azərbaycanda reintroduksiya edildikdən sonra ölkəmizdə doğulan zubrlar artıq özləri də nəsil verməyə başlayıblar. 

Qeyd edək ki, zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılır.

Ölkəmizdə Avropa bizonunun təbiətimizə introduksiyası üçün tədbirlər həyata keçirilir. Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Hollandiya zooparklarından Azərbaycana 12 baş bizon gətirilib.