“Büdcə təşkilatlarına maliyyə ayrılması mexanizmi dəyişdirilməlidir”

budce-teskilatlarina-maliyye-ayrilmasi-mexanizmi-deyisdirilmelidir
Oxunma sayı: 2150

“Cari xərclərin, Publik Hüquqi şəxslərə ayrılan subsidiyaların artım dinamikası, nəticə əsaslı büdcə planlaşması və icrası üçün büdcə təşkilatlarının strateji planlama sahəsində davranışları arzuolunan həddə deyil”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, yalnız büdcə vəsaitlərindən deyil, bütövlükdə dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsini vacibdir: “Yalnız xərclərə deyil, həm də gəlirlərin formalaşmasında hansı prinsiplərə əməl edildiyinə nəzarət olmalıdır. Artıq büdcə təşkilatları üçün vərdiş halını almış büdcə vəsaitinin istənilməsi və ayrılması təcrübəsindən tədricən uzaqlaşaraq, sosial-iqtisadi siyasətin məqsədlərinə çatmaq üçün maliyyə təminatının istənməsinə, ayrılmasına və icrasına nəzarətə nail olmaq lazımdır”. 

Zaur Mirzə