Bukmeykerlərdən təmsilçilərimizlə bağlı - Proqnoz

bukmeykerlerden-temsilcilerimizle-bagli
Oxunma sayı: 3446

Avropalı bukmeykerlər Azərbaycanı “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Fahree və İlkin Dövlətovun yarışmadakı şansını qiymətləndiriblər.

“Qafqazinfo” xəbər verir ki, onlar təmsilçilərimizi 37 ölkə arasında 19-cu yerə layiq görüb. 

Qeyd edək ki, “Avroviziya 2024” mahnı müsabiqəsi bu il 7-11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək. Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısını birinci yarımfinalda ifa edəcəklər. Mahnı yutubun Azərbaycan seqmentində trendə düşüb. 500 minə yaxın baxışı olan klip hazırda 8-ci pillədədir.