“Bunun nəticəsində müharibələr baş verir”

bunun-neticesinde-muharibeler-bas-verir
Oxunma sayı: 792

“Bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib.

Dövlət başçısı əlavə edib ki, Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır: “Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək”.

Prezident həmçinin vurğulayıb ki, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir: “Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir”.

“Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir”, - dövlət başçısı əlavə edib.