Alen Simonyan özünə toy edir

alen-simonyan-ozune-toy-edir
Oxunma sayı: 1379

Bu yaxınlarda üçüncü dəfə nikaha daxil olan Ermənistan parlamentinin keçmiş spikeri Alen Simonyan toy məclisi keçirmək qərarına gəlib.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb. 

Sentyabrın 5-də keçiriləcək toy məclisinə Ermənistanın bütün siyasi elitasının dəvət edildiyi bildirilir. Bununla belə, hazırda Simonyanla münasibətləri soyuq olduğu iddia edilən Ermənistanın Baş naziri Nikol Paşinyanın məclisdə iştirak edib-etməyəcəyi maraq doğurur. 

46 yaşlı Simonyanın həyat yoldaşı 26 yaşlı aktrisa-model Aneliya Qubryandır. Cütlük bu ilin fevral ayında nişanlanıblar, iyun ayında isə rəsmi nikaha daxil olublar. A.Simonyan keçmiş həyat yoldaşı Maryam Marqaryandan ötən il boşanıb. Onların iki övladı var.