Xudatdan Rusiyaya keçmək istədilər - Foto

xudatdan-rusiyaya-kecmek-istediler
Oxunma sayı: 727

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətində 2 nəfər Əlcəzair vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.