Bura 4 il əvvəl poliklinika idi... - Fotolar

bura-4-il-evvel-poliklinika-idi
Oxunma sayı: 6719

2018-ci ildə yararsız vəziyyətdə olduğu üçün bağlanan, Binəqədi rayonunda, 6 -cı mikrorayonda yerləşən 27 saylı poliklinikanın indiki vəziyyətini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, fotoları fotoqraf Sadıq Əliverdibəyli lentə alıb.

Vaxtilə tibb xidmətinin göstərildiyi poliklinikadan geriyə qalan uçuq-sökük divarlar olub.

Qeyd edək ki, həmin poliklinika 9-cu mikrorayon ərazisində yerləşən 9 saylı poliklinikanın yerləşdiyi binaya köçürülüb. Bu poliklinika binasının təmir ediləcəyi və yaxud yerində hansı tikilinin inşa ediləcəyi ilə bağlı məlumat isə verilməyib.