Burada hər 6 uşaqdan biri kiberzorakılığa məruz qalır - ÜST

burada-her-6-usaqdan-biri-kiberzorakiliga-meruz-qalir
Oxunma sayı: 1614

Avropada yeniyetmələr arasında kiberbullinq (kiberzorakılıq) faktları artıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmaya əsasən, kiberzorakılıq qurbanları oğlanlar arasında 15 faiz, qızlar arasında isə 16 faiz artıb.

Kiberzorakılığın ən çox Litva, İngiltərə, Latviya və Danimarkada yayıldığı qeyd olunub. Belə ki, hər 6 uşaqdan birinin kiberzorakılıqdan əziyyət çəkdiyi məlum olub.

ÜST-ün Avropadakı regional direktoru Hans Klüqenin sözlərinə görə, pandemiya səbəbindən baş verən qapanmalar bu problemi daha da ağırlaşdırıb.