“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, o, Twitter səhifəsində bütün Kütləvi İnformasiya Vasitələrini Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırıb.
Xodorkovski bu gün Parisdə baş verən terror aktına münasibətini belə bildirib:
“Əgər jurnalistlərin birliyi varsa, səhər çıxacaq bütün nəşrlərdə peyğəmbərə qarşı karikatura olmalıdır”.
Qeyd edək ki, bu gün Parisdə Məhəmməd peyğəmbərin karikaturasını dərc edən “Şarli Ebdo” jurnalının redaksiyasına hücum olub. Nəticədə baş redaktor daxil olmaqla 12 şəxs dünyasını dəyişib.

Son xəbərlər
Son Xəbərlər