“Qafqazinfo”nun məlumatına görə, elektron ensiklopediyanın veb-saytı ABŞ Konqresində müzakirədə olan Stop Online Piracy Act (SOPA) piratlıq əleyhinə qanun layihəsinə qarşı etiraz əlaməti olaraq bu addımı atıb.
Saytın ingilis dilli versiyasında bu barədə müraciət dərc edilib. “Son on il ərzində bəşəriyyətin tarixində ən böyük ensiklopediyanın yaradılmasına milyonlarla saat xərclədik. İndi ABŞ Konqresi azad və açıq internetə ziddi zərbə vura biləcək qanun layihəsinə baxır. Buna diqqəti cəlb etmək üçün, 24 saatlığa Vikipedia veb-saytını bağlayırıq”, deyə saytın ingilis dilli versiyasında dərc edilmiş müraciətdə deyilir.
Son xəbərlər
Son Xəbərlər