Britaniyanın polis agentliyi olan Metropolitan Polisinin (MET), təcili yardım çağırış mərkəzinə 3 il ərzində 2 mindən çox çağırış edən qadına 5 il həbs cəzası verilib.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Sonya Nikson adlı qadın 2021-2023-cü illər arasında “999” təcili zəng mərkəzini 2 mindən çox əsassız zənglə məşğul edib.
57 yaşlı qadın təkcə 2023-cü ildə qaynar xəttə 1194 dəfə zəng edib.
O, 2021-2023-cü illər arasında 17 müxtəlif mobil nömrədən istifadə edərək çağırışlar edib.
Nikson Rabitə Aktını pozduğuna görə saxlanılıb və 670 ayrı cinayətdə ittiham olunub.
Məlumata görə, cinayətkarın sistemdən sui-istifadə etməsi səbəbindən Polisə təxminən 4500 funt-sterlinq ziyan dəyib.