Çağlar Söyüncü İstanbulda - Video

caglar-soyuncu-istanbulda
Oxunma sayı: 2338

İspaniyanın “Atletiko” klubunda çıxış edən Türkiyə millisinin üzvü Çağlar Söyüncü “Fənərbaxça” ilə müqavilə imzalamaq üçün İstanbula gəlib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli müdafiəçi hava limanında jurnalistlərin suallarını cavablandırıb.

O, yeni komandasının çempion olacağına inandığını bildirib: “Türkiyə xalqı hər zaman arxamda dayandı, mənə dəstək oldu. Burada hər kəslə münasibətlərimiz yaxşıdır. Ümid edirəm ki, bu yolun sonunda çempionluq var”.

Qeyd edək ki, Çağlar Söyüncü “Fənərbaxça”da icarə əsasında çıxış edəcək.