Çalhanoğlu 72 milyon avroluq maaşı qəbul etmədi

calhanoglu-72-milyon-avroluq-maasi-qebul-etmedi
Oxunma sayı: 4527

“İnter”in futbolçusu Hakan Çalhanoğlu Səudiyyə Ərəbistanından gələn təklifi qəbul etməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı türk yarımmüdafiəçi “Əl Hilal”ın təklifini rədd edib.

Oyunçuya 4 illik müqavilə üçün 72 milyon avro maaş təklif edilib.

Qeyd edək ki, H. Çalhanoğlu cari mövsümdə 21 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə edib.