“Camaatı gic yerinə qoymusuz?” - Xalq artisti

camaati-gic-yerine-qoymusuz
Oxunma sayı: 13156

“Belə də zülm olar? Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz, yenə köhnə üsullara əl atıb, hücuma keçiblər”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb.

Müğənni bildirib ki, konsert üçün dövriyyəyə saxta dəvətnamə buraxıblar:

“İşimə pəl vurmaqdan ötrü bilmirlər daha nələr etsinlər. Bir həftədir ki, dövriyyəyə su qiymətinə saxta dəvətnamə atıblar - susuram. İndi də başlayıblar şayiə buraxmağa ki, guya konsertdə fonoqramla oxuyacağam.

Gözünüz nə vaxt doyacaq? Dil-ağzınız nə vaxt yalandan usanacaq? Adam deyillər e, səy yığınıdır! Camaatı gic yerinə qoymusuz? Kiriyin də”.