Canlı yayımda 1 yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı - Foto

canli-yayimda-1-yasli-usaga-siqaret-cekdiren-ata-saxlanildi
Oxunma sayı: 3991

Sosial şəbəkələrdə canlı yayımda uşağa tütün məmulatları çəkdirilməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

DİN-in Mətbuat xidmətinin baş inspektoru Elburus İbrahimov “Qafqazinfo”ya bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.