Cavanşir Məmmədov vəfat etdi - Yenilənib

cavansir-memmedov-vefat-etdi
Oxunma sayı: 78702

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.

“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.

Xəbəri sayta onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

Qeyd edək ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb.

C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

***

TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. 

Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.