Fevralın 16-sı axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evlərinin birində hündürlükdən düşərək aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, qeyd olunan obyektdə Cavid Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Mübahisə zəminində Mehman Cavidi vurduğundan o, pilləkənlərdən yerə yıxılıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə M.Əsgərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Fotoda Cavid Əhmədov

Son xəbərlər
Son Xəbərlər